Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin rəisi istefa verib

Dünya

10.06.2025 - 18:26

cedabet dərman SEO Xidməti

Xareba kimi tanınan Zviad Xarazişvili vəzifəsini tərk edib

Gürcüstanın polisinin Xüsusi Təyinatlı Qüvvələrinin rəisi, xalq arasında Xareba kimi tanınan Zviad Xarazişvili vəzifəsini tərk edib. Onun yerinə Roman Kartsivadze təyin edilib. Ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

AYNA.AZ-ın xəbərinə görə, Daxili İşlər Nazirliyindən “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirilib ki, Xareba özü istefa verib və bu, şəxsi qərardır.

Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyi bir sıra kadr dəyişiklikləri ilə bağlı məlumat yayıb. Xarebanın istefası ilə bağlı ayrı bir məlumat bir neçə saat sonra yayımlanıb.

Bundan əvvəl, mayın 28-də daxili işlər naziri dəyişdirilib. Vaxtanq Qomelaurinin yerinə Gela Geladze Daxili İşlər Nazirliyinin rəhbəri təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş