“Gürcü Arzusu”nun katibi Saakaşvilini təhqir etdi: “Bu adam meymundur”

Dünya

01.10.2021 - 17:23

Həkimlər Klinikalar SEO Xidməti

Mamuka Mdinaradze: “Təsdiqlənmiş məlumatdır ki, o, Ukraynanı tərk etməyib"

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ölkə ərazisində deyil”. AYNA gürcü mediasına istinadla xəbər verir ki,  bu sözləri Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

O, Saakaşvilinin Gürcüstana qayıtdığını inkar edib və sabiq Prezidentin dediklərini “təlxəklik” adlandırıb: “Bu adam meymundur. Bütün meymunlardan üzr istəyirəm”.

Mdinaradze Saakaşvilinin Ukraynanı tərk etmədiyini və Batumidə çəkildiyi iddia edilən videonun saxta olduğunu vurğulayıb.

“Bir yerdə gizlənir, bir şey planlaşdırır. Amma təsdiqlənmiş məlumatdır ki, o, Ukraynanı tərk etməyib", “Gürcü Arzusu”nun rəsmisi qeyd edib.

Xatırladaq ki, oktyabrın 1-i Saakaşvili sosial şəbəkələrdə səkkiz illik mühacirətdən sonra Gürcüstana qayıtdığını yazıb. O, Batumidə qeydə alındığını söylədiyi bir video paylaşıb və oktyabrın 3-də keçiriləcək bələdiyyə seçkilərindən sonra tərəfdarlarını Tiflisdə mitinqlərə çağırıb. Sabiq Prezident küçə etirazlarında özünün də iştirak edəcəyini söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş