G7 ölkələri enerji ixracına məhdudiyyətlər qoymamaq barədə razılığa gəliblər

Dünya

03.10.2026 - 10:53

“Bütün istehsalçıları bazar gərginliyini artıra biləcək qadağalar qoymaqdan çəkinməyə çağırırıq"

“Yeddilik Qrupu” (G7) ölkələri üzvləri arasında enerji və enerji məhsullarının ixracına məhdudiyyətlər qoymamaq öhdəliklərini bir daha təsdiqləyiblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, G7 liderlərinin videokonfransdan sonra yayımladığı birgə bəyannamədə qeyd edilib.

Sənəddə deyilir: "G7 ölkələri arasında enerji və enerji məhsullarına ixrac məhdudiyyətləri qoymaqdan çəkinmək öhdəliyimizi bir daha təsdiqləyirik və bütün istehsalçıları bazar gərginliyini artıra biləcək qadağalar qoymaqdan çəkinməyə çağırırıq".

Qərar kəskin şəkildə artan qiymətlər və neft bazarlarında yüksək dəyişkənlik fonunda qəbul edilib.

Görüşdən sonra G7 liderləri həmçinin Beynəlxalq Enerji Agentliyi (IEA) vasitəsilə dörd ay ərzində ehtiyatlardan 100 milyon barel neft və neft məhsullarının koordinasiyalı şəkildə buraxılmasına başlamaq barədə razılığa gəliblər. İlk 20 gün ərzində əhəmiyyətli miqdarda dizel yanacağının buraxılacağı gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş