Fransada meşə yanğınları nəzarət altına alınıb

Dünya

02.08.2026 - 10:39

Yanğınsöndürənlərin fasiləsiz fəaliyyəti və daimi müşahidə nəticəsində vəziyyət sabitləşib

Fransada meşə yanğınları nəzarət altına alınıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Fransanın Baş naziri Sebastyan Lekornu bildirib.

Baş nazirin sözlərinə görə, xüsusilə ölkənin cənub-qərbində yerləşən Jirond departamentində yanğınlarla mübarizə olduqca çətin keçib.

Baş nazir qeyd edib ki, alov öz hava axınlarını formalaşdırdığı üçün onun yayılmasını proqnozlaşdırmaq mümkün olmayıb.

Lekornu bildirib ki, hava şəraitinin dəyişməsi, yanğınsöndürənlərin fasiləsiz fəaliyyəti və daimi müşahidə nəticəsində vəziyyət sabitləşib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş