Fransa BMT TŞ-nin üzvlərinin sayının artırılmasına tərəfdar çıxıb

Dünya

27.09.2021 - 14:22

Həkimlər Klinikalar SEO Xidməti

Daimi üzv üçün əlavə yerin yaradılması təşəbbüsü dəstəklənib

Fransa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv ölkələrin sayının artırılmasını zəruri hesab edir.

AYNA TASS agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsi bildirib.

O əlavə edib ki, “Fransa G-4 ölkələrinin (Almaniya, Braziliya, Hindistan və Yaponiya) TŞ-də 1 daimi üzv üçün əlavə yerin yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyir”.

“Fransa həmçinin Afrika ölkələrinin TŞ-nin daimi üzvü qismində də nümayəndəliyinin genişləndirilməsinə tərəfdardır”, - deyə, qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş