Fizika üzrə Nobel mükafatı laureatı məlum olub

Dünya

06.10.2026 - 14:36

Builki mükafatı Francis Halsen qazanıb

Fizika üzrə Nobel mükafatı laureatının adı məlum olub. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki,  builki mükafatı Francis Halsen qazanıb.

O bu mükafata “IceCube” Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb.

Məlumat üçün bildirək ki, Francis Halsen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub.

Fizik uzun illərdir, Viskonsin-Medison Universitetində hissəcik fizikası, astrofizika və kosmologiya üzrə fəaliyyət göstərir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş