Finlandiyanın sonuncu stasionar telefon şəbəkəsi bağlanır

Dünya

01.07.2026 - 13:47

“Elisa” 1 iyulda ölkədəki həm yaşayış, həm də biznes müştərilərinə xidməti dayandırıb

Finlandiyanın ən böyük telekommunikasiya operatorlarından sonuncusu olan “Elisa” 1 iyulda ölkədəki həm yaşayış, həm də biznes müştərilərinə xidməti dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

Bildirilib ki, şirkət niyyətini ilin əvvəlində bildirmişdi. 2019-cu ildə başqa bir böyük telekommunikasiya operatoru “Telia” da stasionar şəbəkəsini bağlamışdı və bu ilin əvvəlində DNA-nın stasionar telefon xidməti dayandırılmışdı.

“Elisa”dan bildirilib ki, ilin əvvəlində şirkətin cəmi bir neçə min stasionar əlaqəsi qalmışdı. Şirkət bir neçə ildir ki, heç bir yeni müqavilə imzalamayıb.

Stsionar telefon xidməti Finlandiyada 19-cu əsrin sonlarından bəri istifadə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş