"Fənərbaxça" "Qalatasaray"la xal fərqini 1-ə endirib
Türkiyə Super Liqasında XXVIII tur davam edir. AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.
"Fənərbaxça" "Beşiktaş"ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz keçib.
İkinci yarıda meydan sahibləri üstün oynayıb. Matçın əsas vaxtına artırılan 11-ci dəqiqədə "qara qartal"ın qapısına penalti təyin olunub. Kerem Aktürkoğlu həlledici məqamda dəqiq oynayıb - 1:0.
Bununla da, xallarının sayını 63-ə çatdıran "Fənərbaxça" ikinci pilləyə qayıdıb. Komanda "Qalatasaray"la xal fərqini 1-ə endirib.