Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin üstü açılıb

Xəbərlər

25.03.2025 - 13:17

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Martın 24-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 36, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş