“Eurovision-2025”in aparıcılarının adları açıqlanıb

Maraqlı

23.01.2025 - 01:22

Həkimlər Klinikalar SEO Xidməti

Musiqi yarışının aparıcıları Hazel Brügger və Sandra Ştruder seçilib

“Eurovision” təşkilatçıları İsveçrənin Bazel şəhərində keçiriləcək musiqi müsabiqəsinin aparıcılarının adlarını açıqlayıblar. AYNA xarici mediaya istinadən bildirir ki, bu il yarışmanı İtaliya, Almaniya və İsveçrə telekanallarında fəaliyyətinə görə tanınan isveçrəli məşhur komediya ustası və teleaparıcı Hazel Brügger və təcrübəli teleaparıcı və müğənni, 1991-ci ildə keçirilmiş “Eurovision”da İsveçrəni təmsil etmiş Sandra Ştruder aparacaq.

Bu il müsabiqə Bazel şəhərindəki St.Yakobşalle arenasında təşkil olunacaq. Bundan başqa, şou proqramını birgə izləmək üçün şəhərdə “Arena Plus” adlanan xüsusi məkan yaradılacaq.

“Eurovision”un final mərhələsi yarımfinal mərhələləri 13 və 15 may tarixlərində, final mərhələsi isə mayın 17-də  keçiriləcək. Müsabiqədə dünyanın 38 ölkəsindən nümayəndələr iştirak edəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş