Margus Tsahkna Estoniyanın Bakıdakı səfirliyinin açılışında iştirak edəcək
Estoniyanın xarici işlər naziri Margus Tsahkna Azərbaycana səfər edəcək. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, səfər oktyabrın 19-da baş tutacaq.
Nazir oktyabrın 20-də Estoniyanın Bakıdakı səfirliyinin açılışında iştirak edəcək.
Səfər çərçivəsində Margus Tsahknanın Azərbaycanda bir sıra görüşlər keçirməsi gözlənilir.