Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

İqtisadiyyat

24.09.2026 - 16:04

Qevorq Papoyan Azərbaycana ixrac olunan alüminium folqanın həcmini açıqlamayıb

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan hökumətin iclasından sonra deyib.

Nazir Azərbaycana ixrac olunan alüminium folqanın həcmini açıqlamayıb.

Ermənistandan Azərbaycana digər məhsulların ixracının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala isə Papoyan qısa şəkildə “baxacağıq” cavabını verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş