Ermənistan Rusiya ilə konstruktiv dialoqu davam etdirmək niyyətindədir

Xəbərlər

24.08.2026 - 20:08

Ruben Rubinyan Rusiya səfiri Sergey Kopırkin ilə müzakirələr aparıb

Ermənistan Parlamentinin sədri Ruben Rubinyan Rusiya səfiri Sergey Kopırkin ilə görüşündə Ermənistan qanunverici orqanının konstruktiv dialoqu davam etdirmək və Rusiya ilə uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Parlamenti məlumat yayıb.

"Tərəflər Ermənistan və Rusiya arasında parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələlərini müzakirə ediblər. Ruben Rubinyan Ermənistan Respublikasının Milli Assambleyasının konstruktiv dialoqu davam etdirmək və uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb", - deyə qanunverici orqanın məlumatında qeyd edilib.

Tərəflər iki ölkənin qanunvericilik orqanları arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın işinin vacibliyini qeyd ediblər, onların birgə işini yüksək qiymətləndiriblər və ikitərəfli əməkdaşlığın inkişafının qarşılıqlı maraq doğuran geniş məsələlərin effektiv şəkildə həllinə yönəlmiş birgə səylərə töhfə verəcəyinə əminliklərini ufadə ediblər.

Qeyd edək ki, Ruben Rubinyan 3 avqustda vəzifəsinin icrasına başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş