Ermənistan Parlamentində dava: deputatlar zorakılığa əl atıblar

Dünya

06.10.2026 - 13:59

Hakim fraksiyanın deputatları ilə müxalifətçi deputatlar arasında mübahisə davaya çevrilib

Ermənistan Parlamentinin bu gün keçirilən iclasında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri ilə müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının üzvləri arasında mübahisə yaranıb və nəticədə dava düşüb.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, hakim fraksiyanın bir neçə üzvü zorakılığa əl atıb.

Bildirilib ki, parlamentin bu günkü iclasının gündəliyinə "Müəyyən ruhanilərin hərəkətləri nəticəsində Erməni Apostol Kilsəsində yaranan böhran, eləcə də Erməni Apostol Kilsəsinin bu böhranın erməni xalqının mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunmasında müstəsna missiyasını yerinə yetirməməsi ilə bağlı məsələləri araşdıran istintaq komitəsinin üzvlərinin sayının müəyyən edilməsi haqqında" qanun layihəsi daxil edilib. Müxalifət isə qanun layihəsini Ermənistan Konstitusiyasına zidd hesab edir. Güman edilir ki, deputatlar arasında mübahisə də məhz bu məsələyə görə yaranıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş