Ermənistan müxalifəti Paşinyanın istefası üçün dirəniş göstərəcək

Dünya

21.01.2021 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Şake İsayan: “17 partiya arasında heç bir fikir ayrılığı yoxdur”

 

“Ermənistanın 17 müxalifət partiyası arasında heç bir fikir ayrılığı yoxdur. Bütün partiyaların hədəfi birdir – Paşinyanın istefaya göndərilməsi”.

 

AYNA erməni mətbuatına istinadən bildirir ki, bu sözləri “Çiçəklənən Ermənistan" partiyasının dunksioneri Şake İsayan deyib.

 

O, qeyd edib ki, təmsil etdiyi partiya bu istiqamətdə parlament formatında da fəaliyyətini davam etdirir.

 

“Biz Nikol Paşinyanın istefasına nail olmaq üçün bütün vasitələrdən istifadə etməliyik. Bütün partiyalar Baş nazirin istefası üçün dirəniş göstərəcək”, - İsayan əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş