Ermənistan ABŞ, Rusiya, Çin, Fransa və Koreya ilə yeni AES tikintisini müzakirə edir

Dünya

23.09.2026 - 17:44

“Yeni texnologiyalarla Ermənistanın enerji sahəsində özünütəmin etmək üçün yaxşı bir fürsəti var"

"Yeni texnologiyalarla Ermənistanın enerji sahəsində özünütəmin etmək üçün yaxşı bir fürsəti var. Ermənistan Atom Elektrik Stansiyası istismar müddətinin sonuna yaxınlaşır və hazırda növbəti atom elektrik stansiyası ilə bağlı qərar qəbul edirik. Bu kontekstdə müxtəlif tərəfdaşlarla - ABŞ, Rusiya, Çin, Fransa və Cənubi Koreya ilə danışıqlar aparırıq və yeni atom elektrik stansiyasının tikintisinə başlamaq üçün ən yaxşı təklifi axtarırıq”.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən illik Konkordiya Zirvəsində panel müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, yeni texnologiyalar sayəsində Ermənistanın enerji sahəsində özünütəmin etmək üçün yaxşı imkanları var.

Ermənistanda enerjinin gələcəyini necə gördüyü ilə bağlı suala cavab olaraq Paşinyan deyib: "Bilirsiniz, yeni texnologiyalarla Ermənistanın enerji sahəsində özünü təmin etmək üçün yaxşı bir fürsəti var, çünki bizim nəhəng günəş enerjisi ehtiyatlarımız və günəş enerjisi istehsal gücümüz var. Onlar çox sürətlə inkişaf edir. İndi bizim üçün ən vacib şey saxlama tutumlarını yaratmaqdır, çünki indiyə qədər bizdə belə bir tutum olmayıb və indi bizə genişmiqyaslı saxlama tutumu lazımdır. Biz bunun üzərində işləyirik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş