Ərdoğanın təyyarəsi Füzuliyə endi: Türkiyə Prezidenti rəsmi səfərə gəlib - VİDEO

Aktual

26.10.2021 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma həyata keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AYNA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Daha sonra Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər.

Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edib.  Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş