Ərdoğan: “Rusiya-Ukrayna münaqişəsinin sülhlə həllini istəyirik”

Dünya

11.04.2021 - 17:26

Türkiyə Prezidenti: “Bu istiqamətdə səylər göstəririk”

 

Türkiyə Rusiya və Ukraynanın mübahisələri ən qısa zamanda sülh yolu ilə həll etmələrini istəyir. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin Prezidentin Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Dünən Ukrayna Prezidenti ilə görüşdük. Mübahisələrini qısa müddətdə sülh yolu ilə həll etmələrini istəyirik. Bu istiqamətdə səylər göstəririk”, - Türkiyə lideri əlavə edib.

 

Qeyd edək ki, rəsmi Ankara Kiyevlə strateji tərəfdaşlığın tərəfdarı olduğunu, Krımın ilhaqının qəbuledilməzliyini bird aha vurğulayıb.

 

Bundan əlavə, Türkiyənin Prezidenti ölkələr arasında əməkdaşlığın vacibliyini qeyd edib və Türkiyə ilə Ukrayna arasındakı strateji tərəfdaşlığın önəmli olduğunu söyləyib.

Müəllif: Ayna.az