Ərdoğan Moskva və Kiyevə çağırış edib

Dünya

29.06.2026 - 16:45

“Ukraynadakı münaqişənin həllində nəticələr əldə edilməlidir”

“Ukraynadakı münaqişənin həlli prosesində yaxın gələcəkdə konkret nəticələr əldə edilməlidir”. AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, bu çağırışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edib.

"Xüsusilə vurğulamaq istərdim ki, yaxın gələcəkdə Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə həllində nəticələr əldə etməliyik", - deyə Türkiyə lideri bildirib.

Ərdoğan həmçinin deyib ki, Türkiyə münaqişənin hər iki tərəfi ilə dialoqu davam etdirir və tərəflərin etibarını qazandığı üçün Ukraynada sülh yolu ilə həlli fəal şəkildə təşviq etməyə davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş