“Tehran boğazı yenidən açmaq üçün yeddi günlük plan təklif edib”
“ABŞ hakimiyyəti Hörmüz boğazından gəmiçilik hərəkətini bərpa etmək üçün İranla razılığa gəlmək istəyirsə, bir sıra şərtləri yerinə yetirməlidir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Bu şərtlər yeni deyil. Bunların hamısı memorandumda öz əksini tapıb". Memorandum digər məsələlərlə yanaşı, böhranın deeskalasiyası üçün bir sıra tədbirləri də əhatə edirdi ki, iki tərəf hazırda onları həyata keçirə bilmir”, nazir qeyd edib.
Əraqçi xatırladıb ki, Tehran boğazı yenidən açmaq üçün yeddi günlük plan təklif edib. O bildirib ki, ABŞ indi bu təklifi qəbul edib-etməmək barədə qərar verməlidir: "Məsələn, əgər onlar sabah razılığa gəlsələr, yeddi günlük geri sayım da sabah başlayacaq".
O, təklif olunan plana əsasən, ABŞ-ın dörd-beş gün ərzində öhdəliklərini yerinə yetirə biləcəyini və boğazın altıncı gün naviqasiya üçün açıla biləcəyini təxmin edib.
İran tərəfinin planına görə, əgər belə bir yeddi günlük plan həyata keçirilərsə, tərəflər hərbi qarşıdurmaya səbəb olan məsələlərin həllinə yönəlmiş danışıqlara başlaya bilərlər.