Əli Nağıyevin Şuşa şəhərinə xidməti səfəri olub

Xəbərlər

22.11.2020 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

DTX rəisi şöbələrin texniki təchizat və iş şəraiti ilə tanış olub

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

 

AYNA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

 

Bildirilib ki, qeyd edilən səfər çərçivəsində xidmət rəisi, həmçinin, Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş