Eldar Quliyev dəfn olunub

Xəbərlər

18.04.2021 - 13:59

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb

 

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub. AYNA "Report"a istinadən xəbər verir ki, Xalq aristi Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında torpağa tapşırılıb.

 

Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.

Müəllif: Ayna.az