Əhməd Yusifov dünya çempionu olub

İdman

05.10.2026 - 00:10

Qazaxıstan təmsilçisi Şerzod Davlatovu üstələyən cüdoçumuz dünya çempionluğuna sahib çıxıb

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Əhməd Yusifov -60 kq çəki dərəcəsində dünya çempionu olub.

AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, 1/16 finaldan mübarizəyə başlayan cüdoçumuz Tumenjarqal Tuvşinturu (Monqolustan), Harş Sinqhi (Hindistan), Ayub Bliyevi (Rusiya) və yarımfinalda Yan Yunq-Veyi (Çin Taypeyi) məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Qazaxıstan təmsilçisi Şerzod Davlatovu da üstələyən Yusifov dünya çempionluğuna sahib çıxıb.

Qeyd edək ki, turnir oktyabrın 11-nə qədər davam edəcək. Azərbaycanı 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş