Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırıldı

İdman

07.10.2019 - 15:41

Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub

 

Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. 

 

AYNA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək.

 

Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

Namik Ələskərov milliyə dəvət olunub

Müəllif: Ayna.az