Egey dənizində zəlzələ olub

Dünya

19.08.2021 - 16:52

Həkimlər Klinikalar SEO Xidməti

Zəlzələ Datça rayonunun sahillərinə yaxın ərazidə meydana gəlib

 

Egey dənizində 4.6 bal gücündə zəlzələ baş verib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

 

Qeyd edilib ki, yeraltı təkanlar Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın ərazidə meydana gəlib.

 

Ocağı dənizin 15 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss olunub.

 

Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş