Əfqanıstanda partlayış baş verib, yaralananlar var

Dünya

18.10.2021 - 15:17

Həkimlər Klinikalar SEO Xidməti

Yaralanan 2 dinc sakin xəstəxanaya yerləşdirilib

Əfqanıstanda partlayış baş verib. AYNA TASS-a istinadən xəbər verir ki, hadisə Nanqarhar əyalətinin paytaxtı Cəlalabad şəhərində qeydə alınıb.

Bildirilib ki, uzaqdan idarə olunan partlayıcı qurğu işə salınıb. Nəticədə 2 dinc sakin xəstəxanaya yerləşdirilib.

“Taliban” üzvləri arasında ölən və yaralananların olması barədə hələlik məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş