"Bu silahlara ehtiyacımız var və ABŞ-ın bunları bizə təhvil verməsini istəyirik"
Əfqanıstan hakimiyyəti ABŞ və NATO əsgərlərinin ölkəni tərk edərkən silah-sursatı, avadanlıqları aparmamasını tələb edir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
"Bu silahlara ehtiyacımız var və ABŞ-ın bunları bizə təhvil verməsini istəyirik", - açıqlamada vurğulanıb.
NATO-nun "Qətiyyətli Dəstək" missiyası komandanlığının texnikanı Əfqanıstana təhvil verib-verməyəcəyi barədə rəsmi açıqlama yoxdur.
Əfqan mediası mənbələrinə istinadən məlumat yayıb ki, Əfqanıstan hökuməti və NATO missiyası komandanlığı ilə silah və hərbi bazaların Əfqanıstan Ordusuna təhvil verilməsi ilə bağlı İşçi Qrup yaradılıb.
Qeyd edək ki, 14 apreldə ABŞ Prezidenti Co Bayden ölkəsinin qoşunlarının Əfqanıstandan çıxarılmasının 1 may - 11 sentyabr aralığında baş verəcəyini açıqladı. Bundan sonra NATO ölkələri də qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gəldilər.