Dünyada son sutkada 460 mindən çox yoluxma

Dünya

05.02.2021 - 05:34

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb

 

Dünyada son bir gündə koronavirusa 464 mindən çox yoluxma qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

 

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 464 613 hal qeydə alınıb, “COVID-19”dan 13 004 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 103 989 900 , ölüm hallarının sayı 2 260 259 təşkil edir.

 

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 26 172 274 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 790 183), Braziliya (9 283 418), Rusiya (3 917 918), Böyük Britaniya (3 871 829), Fransa (3 198 030), İspaniya (2 883 465), İtaliya (2 583 790), Türkiyə (2 501 079), Almaniya (2 252 001), Kolumbiya (2 113 597) və Argentina (1 943 548) gəlir.

Müəllif: Ayna.az