Duda: “NATO-nun rolu Rusiyanın aqressiv davranışına qarşı durmaqdır”

Dünya

18.04.2025 - 13:10

Həkimlər Klinikalar SEO Xidməti

Polşa Prezidenti Rusiyaya qarşı müdafiə məqsədilə Fransa və ABŞ ilə nüvə əməkdaşlığını genişləndirməyi təklif edib

Polşa Fransanın “nüvə çətiri” vasitəsilə potensial Rusiya təhlükəsindən müdafiə axtarmalı və Amerikanın nüvə silahlarına çıxış yolu tapmalıdır. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg”ə müsahibəsində Polşa Prezidenti Anjey Duda deyib.

Onun sözlərinə görə, Varşava bu qərarların hər ikisini qəbul edə bilər, çünki onlar nə ziddiyyətli, nə də bir-birini inkar edir.

Prezident həmçinin qeyd edib ki, NATO-nun rolu Rusiyanın “aqressiv davranışına” qarşı durmaqdır.

"NATO buna necə cavab verəcək? Cavabım çox sadədir. Biz təklif edirik ki, nüvə əməkdaşlığını bizim ərazimizə də genişləndirsinlər", - siyasətçi deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş