Digər rayonların sakinlərinə yardım nəzərdə tutulurmu – <font color=red> ƏƏSMN cavablandırıb</font>

Cəmiyyət

23.06.2020 - 20:42

Həkimlər Klinikalar SEO Xidməti

Fazil Talıbov: “Başqa rayonlarda karantin olmadığı üçün həmin rayonların sakinləri işləyə bilirlər”

 

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyundan 5 iyula qədər Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Masallı, Yevlax və Cəlilabad rayonlarında sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. Buna əsasən, vətəndaşlara sosial dəstəyin davamı olaraq, Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir qərar verib. Qərara əsasən, sözügedən rayonların sakinlərinə yenidən birdəfəlik müavinət - 190 manat ödəniləcək.

 

Lakin rayon və şəhərlər arasında zəncirvari əlaqə olduğu üçün, karantin rejimi digər rayon və şəhərlərə də təsir edir. Digər tərəfdən, aprel-may aylarında çox sayda insan 190 manat almaq üçün nəzərdə tutulan qeydiyyat prosesindən gileyləndi və müavinət ala bilmədiyini bildirdi.

 

Maraqlıdır, digər rayon və şəhərlərin sakinləri üçün güzəşt, yaxud yardım paketi nəzərdə tutulubmu? Aprel-may aylarında müavinət ala bilməyən şəxslər bu dəfə nəzərə alınacaqmı?

Fazil Talibov: Number of daily visits in e-sosial.az is higher ...

Mövzu üzrə AYNA-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun sözlərinə görə, ödəmə zamanı yalnız faktiki yaşayış yeri nəzərə alınacaq: “Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq”.

 

“Bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub, həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib”, - deyə qurum sözcüsü bildirib.

 

Talıbov əlavə edib ki, digər rayonlarda karantin olmadığı üçün həmin rayonların sakinləri işləyə bilirlər: “İşsizlər üçün müvafiq məşğulluqla bağlı təkliflər olunur. Yəni sözügedən ərazilərdə kifayət qədər genişmiqyaslı sosial məşğulluq tədbirləri nəzərdə tutulub”.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş