Daha bir rayonun prokuroru işdən çıxarılıb

Xəbərlər

02.06.2020 - 16:52

Baş prokurorun imzaladığı əmrlə Allahverdi Novruzovun vəzifəsinə xitam verilib

 

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

 

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün sosial şəbəkə hesabında məlumat yayıb. O qeyd edib ki, həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.

Müəllif: Ayna.az