Daha bir məşhur koronavirusun qurbanı oldu

Dünya

08.05.2020 - 13:59

Reper Ben Çijioke COVİD-19-dan vəfat edib

 

İngiltərənin “Ty” adı ilə tanınan məşhur reperi Ben Çijioke koronavirusdan vəfat edib. AYNA xəbər verir ki, məşhur reper 47 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

1972-ci ildə nigeriyalı mühacir ailəsində dünyaya gələn Çijiokenin “The Awkward” adlı ilk albomu 2001-ci ildə işıq üzü görmüşdü.

 

Qeyd edək ki, Çijiokeylə yanaşı, bir çox məhşur şəxslər də COVİD-19-un qurbanı olub.

Müəllif: Ayna.az