Daha 2 erməni hərbçinin meyitinin qalıqları təhvil verilib

Dünya

08.07.2021 - 23:39

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək

 

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədlərinin qalıqları qarşı tərəfə təhvil verilib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, meyitlər, Cəbrayıl və Füzuli rayonları ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

 

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 598-ə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş