Daha 10 qazi Türkiyəyə müalicəyə göndərilib

Cəmiyyət

18.02.2021 - 16:52

Həkimlər Klinikalar SEO Xidməti

Müalicəyə göndərmə “YAŞAT” Fondu tərəfindən həyata keçirilib

 

Ağır yaralanan qazilər Quliyev Şahin Famiq oğlu, Hüseynov Kamil Dursunəli oğlu, Əzməmmədov Şəhriyar Şahməmməd oğlu, Vəçhiyev Çingiz Məmməd oğlu, Quliyev Həsrət Həsən oğlu, Abdullayev Xəyal Yaşar oğlu, Əliyev Qismət Nəsib oğlu, Rustəmli İlkin Elçin oğlu, Eminov Aqil  Vahid oğlu, Mehtixanov Məhəmməd Biroğlan oğlu  “YAŞAT” Fondu tərəfindən bu gün Türkiyəyə göndərilib.

 

Fonddan AYNA-ya bildirilib ki, ölkədəki həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

 

Eyni zamanda Fond tərəfindən hazırda Türkiyə və İsraildən həkimlərin ölkəmizə dəvət olunması istiqamətində müvafiq tədbirlər görülür. Dəvət olunan həkimlər tərəfindən qazilərin müayinə, müalicə və əməliyyatının həyata keçirilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş