“Çoxqütblü dünya yaranır və bir-birimizi öldürməsək, bu, dünya üçün əla xəbərdir”

Dünya

24.01.2023 - 22:20

BMT Baş Katibinin müşaviri: “Ukrayna dağıdıcı müharibədən qaça, real suverenliyə və təhlükəsizliyə nail ola bilərdi və etməli idi”

“Dünya böhranından çıxmaq üçün ilk zəruri şərt sülhdür. Ukraynadakı müharibə bitməli və Tayvanda müharibədən qaçınılmalıdır”

Ukraynada silahlı münaqişə ilə bağlı beynəlxalq aləmdə müxtəlif fikirlər var. Qərbdə münaqişəyə konkret olaraq nəyin gətirib çıxardığı və onu necə bitirmək barədə konsensus var. Ukraynaya silah tədarükü yeni növ hərbi texnika ilə artır. ABŞ və onun müttəfiqləri qətiyyətlidir: indi sülh danışıqların vaxtı deyil. Kolumbiya Universitetinin professoru, beynəlxalq məsələlər üzrə məşhur kitabların müəllifi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibinin müşaviri Ceffri Saks “Lenta.ru”ya müsahibəsində münaqişə ilə bağlı fikirlərini səsləndirib. İqtisadçı əmindir ki, ABŞ və müttəfiqləri fərqli davransaydı, Ukrayna böhranının qarşısını almaq olardı. Onun sözlərinə görə, ABŞ tərəfinin qətiyyətli olmasına baxmayaraq, indi danışıqlar masası arxasına oturmağın vaxtıdır.

AYNA müsahibəni istinadla təqeim edir:

Qeyd edək ki, Cefri Saks SSRİ-nin sonuncu Prezidenti Mixail Qorbaçovun, sonra isə Rusiya Prezidenti Boris Yeltsinin iqtisadi məsələlər üzrə müşaviri olub.

- ABŞ və müttəfiqlərinin heç kimin Rusiyanı Ukraynada müharibəyə təhrik etməməsi ilə bağlı bəyanatları nə dərəcədə inandırıcıdır?

- Təəssüf ki, Ukraynadakı müharibə əsasən ABŞ və Rusiya arasında geosiyasi rəqabətin, o cümlədən ABŞ-ın NATO-nu genişləndirmək istəyi və siyasi mübarizənin nəticəsi idi. Qüvvələr Ukraynaya təsir imkanı əldə etmək istədilər.

ABŞ-ın 2008-ci ildə başlayan NATO-nun genişləndirilməsi kampaniyası, eləcə də ABŞ-ın 2014-cü ildə Avromaydan hadisələrində iştirakı uğursuz oldu.

Hesab edirəm ki, Ukrayna dağıdıcı müharibədən qaça, real suverenliyə və təhlükəsizliyə nail ola bilərdi və etməli idi.

Bundan əlavə, Ukrayna siyasətçiləri ölkə daxilində etnik müxtəlifliyi nəzərə alsalar, müxtəlif etnik qruplar və coğrafi regionlar arasında qarşılıqlı hörmət əsasında hərəkət etsələr, daha müdrik yaxşı olardı.

- ABŞ siyasətinin Ukraynada silahlı münaqişəyə səbəb ola biləcəyini anlamışdımı?

- Amerikalı neomühafizəkarlar şübhəsiz ki, NATO-nu daha da genişləndirmək istəyirdilər. Onlar buna müharibəsiz nail ola biləcəklərinə əmin idilər. Bu, onların niyyəti idi, lakin ciddi şəkildə səhv hesab etdilər.

- Bu münaqişəyə necə son qoymaq olar?

- Müharibə NATO-nun Ukraynada genişlənməyəcəyini elan etməsi, Rusiyanın öz ordusunu Ukraynadan çıxarması, Krım və Donbassla bağlı demilitarizasiya və praqmatik razılaşmalar, o cümlədən danışıqların aparılmış bölücü xətt üzrə münaqişənin dondurulması ilə başa çatmalıdır.

- Vəziyyəti danışıqlar masası arxasında həll etmək mümkün olmasa, bunun Rusiya və ABŞ arasında nüvə müharibəsinə çevrilmə potensialı varmı?

- Vəziyyətin daha da gərginləşməsi üçün şərait var. Əgər Rusiyanın hazırda döyüş meydanında əhəmiyyətli üstünlüyü varsa, Rusiya bundan Ukraynanın neytrallığı, iqtisadi sanksiyaların ləğvi və digər tədbirlər kimi sülh nizamlanmasında adekvat şərtləri təmin etmək üçün istifadə edəcək.

Əgər Rusiya yalnız hərbi müstəvidə üstünlük axtarmaqda maraqlı olsa, aqressiv olsa, bu, daha ciddi eskalasiyaya gətirib çıxara bilər. Düşünürəm ki, tərəflər eskalasiyanın pikə çatmasını dayandırmalıdırlar.

- Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdə davam edir. Rusiyanı bütün dünyadan - iqtisadi və siyasi baxımdan təcrid etmək mümkündürmü?

- Rusiya təcrid olunmur, çünki inkişaf etməkdə olan ölkələrin əksəriyyəti onunla həm diplomatik, həm də iqtisadi cəhətdən yaxşı münasibətlər saxlamaq istəyir.

- Mövcud hadisələrin birqütblü dünya düzənindən çoxqütblü nizama keçidə dəlalət etməsi fikri ilə razısınızmı?

- Bəli, birqütblü dünya bəlkə də 20 il əvvəl sona çatdı. İndi birqütblülük etik, praktik və ya tarixi baxımdan heç bir məna kəsb etmir.

- İnkişaf etməkdə olan ölkələr yeni dünya düzənində hansı rol oynayacaqlar?

- Çox maraqlı bir faktı qeyd etmək istəyirəm: hazırda BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) təxminən G7 ölkələrinə (ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya) bərabərdir. Alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış ümumi daxili məhsul baxımından.

Yeni reallıq gəlir, çoxqütblü dünya yaranır və bu, əlbəttə ki, bir-birimizi öldürməsək, dünya üçün əla xəbərdir. Lakin BMT Nizamnaməsinə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə uyğun olaraq çoxqütblü dünya yaratmaq üçün əzmkar səylər davam etdirilməlidir.

- Bu gün dünya bir çox ciddi böhranlarla üzləşib - iqtisadi, iqlim, ərzaq və enerji. Onlara necə müqavimət göstərmək olar?

- Dünya böhranından çıxmaq üçün ilk zəruri şərt sülhdür. Ukraynadakı müharibə bitməli və Tayvanda müharibədən qaçınılmalıdır. İkinci şərt dialoqdur. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, Hindistan və digər ölkələr arasında birbaşa və davamlı danışıqlara ehtiyac var. G20 bunun üçün çox faydalı formatdır. Üçüncüsü, bütün ölkələr üçün ümumi məqsədlər, xüsusən də Davamlı İnkişaf Məqsədlərinin və iqlim dəyişikliyi üzrə Paris Sazişinin həyata keçirilməsi üzərində işləmək lazımdır. Dördüncüsü, davamlı iqtisadiyyata keçidin texnoloji və maliyyə yükünü bölüşmək üçün qlobal həmrəylik olmalıdır. Beşincisi, yoxsul ölkələr üçün ədalət ki, onların inkişaf etmək imkanı olsun.

Müəllif: Turan Abdulla