COVID-19-a qarşı olan “Areplivir” dərmanı satışa çıxarılıb

Aktual

21.09.2020 - 14:08

40 həbdən ibarət bir paketinin pərakəndə satış qiyməti təxminən 162 dollar olacaq

 

Rusiya apteklərində koronavirusa qarşı ambulator qaydada istifadəsinə icazə verilən “Areplivir” dərman preparatı satışa çıxarılıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə dərmanın istehsalçısı olan “Promomed” kompaniyasının baş direktoru Andrey Mladentsev deyib.

 

“Bu gün satışın birinci günüdür. Lakin preparatı sentyabrın 18-də ala bilən apteklər satışa şənbə günündən başlayıb”, - deyə Mladentsev söyləyib.

 

Onun sözlərinə görə, dərman bütün iri aptek şəbəkələri və distribüterlər tərəfindən sifariş olunub: “Satışların ilk mərhələsində preparatın Rusiyadakı təxminən 10 min aptekə çatdırılması nəzərdə tutulur, sonradan satış nöqtələrinin sayı artırılacaq”.

 

Qeyd edək ki, “Promomed” kompaniyası COVID-19-a qarşı olan “Areplivir”in 200 milliqramlıq 40 həbdən ibarət bir paketinin pərakəndə satış qiymətinin 12 min 320 rubl (təxminən 162 dollar) olacağını açıqlamışdı.

Müəllif: Ayna.az