Çinə qarşı sanksiya: Senat layihəni Trampa təqdim edib

Dünya

14.05.2020 - 11:57

cedabet dərman SEO Xidməti

Senatorlar “COVID-19 Məsuliyyət Qanunu” layihəsini dəstəkləyiblər

 

ABŞ-ın respublikaçı senatorları prezident Donald Trampa Çinə sanksiya tətbiq etmək səlahiyyətini verən qanun layihəsi təqdim ediblər. AYNA xəbər verir ki, senatorlardan Tom Tillis, Rik Skott, Mike Braun və Roger Vicker də Respublikaçı senator Lindsey Qrahamın təqdim etdiyi “COVID-19 Məsuliyyət Qanunu” layihəsini dəstəkləyiblər.

 

Çin administrasiyasının COVID-19 virusu ilə bağlı beynəlxalq araşdırmalarda iştirakının vacibliyini vurğulayan layihədə, 60 gün ərzində Çin səlahiyyətlilərinin onlara ünvanlanan suallara və araşdırmalara cavab verib-verməməsi barədə ABŞ Senatına hesabat verməsi istənilib.

 

Layihəyə əsasən, şərtlər yerinə yetirilməzsə, bəzi Çin rəsmilərinin hesablarının dondurulması, səyahət qadağası və Çin tələbələrinə viza verilməməsi kimi ən azı iki sanksiya maddəsinin seçilməsi də qərarlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş