Yeraltı təkan nəticəsində 21 nəfər xəsarət alıb
Çində güclü zəlzələ baş verən Yünnan vilayətinin təhlükəli ərazilərindən 21 minə yaxın yerli sakin xilasedicilər tərəfindən təxliyyə olunub.
AYNA xəbər verir ki, bu barədə “Sana” portalı məlumat yayıb.
Yanbi muxtar rayonunda yeraltı təkan nəticəsində bir nəfər ölüb, 21 nəfər xəsarət alıb. Əraziyə 500-dən çox xilasedici və 103 xüsusi avtomobil göndərilib. Xilasedicilər tərəfindən dağıntılar altından 30-dan çox insan çıxarılıb.
Zəlzələ nəticəsində təxminən 12,9 min bina, ev və müxtəlif tikililər zərər görüb, 72,3 mindən çox sakinə maddi ziyan dəyib. Yerli hakimiyyət orqanları təbii fəlakətin ölkə iqtisadiyyatına vurduğu ziyanı hesablayırlar