Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil
Çinin şimal-şərqindəki Lyaonin əyalətinin Dalyan şəhərində məişət qazının partlaması nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
AYNA xəbər verir ki, bu barədə “Global Times” qəzetinin “Twitter” səhifəsində məlumat yer alıb.
Baş vermiş hadisənin səbəbləri və dağıntının miqyası araşdırılır.