Su məhsulları və donuz əti üçün isə 25 faiz rüsum tətbiq ediləcək
Çin martın 20-dən etibarən Kanadadan idxal edilən bəzi kənd təsərrüfatı məhsullarına rüsumlar tətbiq edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Dövlət Şurasının Gömrük Komitəsi məlumat yayıb.
Noxud, yağ və un üçün 100 faiz, su məhsulları və donuz əti üçün isə 25 faiz rüsum tətbiq ediləcək.
Qeyd edək ki, Çin Kanadanın ABŞ-dan sonra ikinci ən böyük ticarət tərəfdaşıdır. Kanada 2024-cü ildə Çinə 47 milyard dollarlıq məhsul ixrac edib.