“Çimərliklərdən istifadə tam sərbəstdir, amma...”

Xəbərlər

03.08.2020 - 17:49

cedabet dərman SEO Xidməti

Çimərliklər səhər saat 8:00-dan axşam 21:00-dək olacaq

 

“Mövcüd vəziyyət çimərliklərin açılmasına imkan yaradır. Ölkə başçısının müvafiq tapşırığı var. “ASAN Xidmət”, Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən ibarət monitorinq qrupları müəyyən edilib. Həmin qruplar Bakı və Sumqayıt çimərliklərində monitorinq həyata keçirib”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev deyib.

 

O bildirib ki, sırf pandemiya şəraitində sosial məsafənin saxlanılması və pandemiyaya uyğun tələblərə riayət olunmasına şəraiti olan çimərliklər müəyyən olunub: “Ümumiyyətlə, bütün çimərliklərdə insanların sərbəst istifadəsi nəzərdə tutulub. Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur. İstənilən şəxs istədiyi çimərliyə gedə bilər. Çimərlik.az saytı informativ resursdur. Bura daxil olub, çimərliklərin mövcüd şəraiti, ünvanı və tutum səviyyəsini görə biləcəklər. Çimərliklər səhər saat 8-dən axşam 9-a kimi açıq olacaq”.

 

“Lakin çimərliklərdə hər hansı əyləncə proqramlarının və idman oyunlarının təşkili qadağandır". Maksimum sosial məsafənin qorunması tələb olunur”, - Mehdiyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş