Çexiya Ukrayna üçün PURL proqramına 6,5 ​​milyon dollar ianə edib

Dünya

10.07.2026 - 22:49

Çexiya Ukraynanı NATO-ya üzv dövlətlər tərəfindən ABŞ-dan alınan silahlarla təmin edən PURL proqramına 140 milyon kron (təxminən 6,5 milyon dollar) ianə edib.

AYNA.AZ xəbər veeie ki, bu barədə TK xəbər agentliyi Çexiya parlamentinin Deputatlar Palatasının (aşağı palata) spikeri Tomio Okamuraya istinadən məlumat yayıb.

Məlumata görə, bu məbləğ Çexiyanın hakim koalisiyasındakı partiyalar arasında məsləhətləşmələr aparılmadan ianə edilib.

Okamura gələcəkdə bu cür hərəkətlərin Nazirlər Kabineti tərəfindən müzakirə olunacağını qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş