“Mançester Siti” isə Belçikada “Brügge”ni darmadağın edib
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. AYNA xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si başa çatıb.
A qrupunda İngiltərənin “Mançester Siti” klubu Belçikada “Brügge”ni darmadağın edib - 5:1. “Şəhərlilər”in heyətində qolları Juan Kanselu, Riyad Mahrez (2), Kayl Uoker və Koul lamper vurublar. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.
C qrupunda “Beşiktaş” Türkiyədə Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu hesabdan sonra İstanbul təmsilçisi qrupda sonuncu yerdə qərarlaşıb.