Cəlilabadda ev yanıb

Hadisə

30.08.2026 - 20:27

Hadisə rayonun Qarğılı kəndində qeydə alınıb

Cəlilabad rayonunda ev yanaraq külə dönüb. AYNA.AZ xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, Müslüm Əliyevə məxsus ikimərtəbəli evdə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Buna baxmayaraq fərdi yaşayış evi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş