Camaatın gözü önündə qadını avtobusdan düşürərək qaçırdılar - <font color=red> VİDEO</font>

Maraqlı

23.06.2019 - 09:30

Videoda naməlum şəxslərin onun saçından tutub sürüyərək avtobusdan çıxardıqları əks olunub

 

Türkiyənın Aksaray şəhərində qadın avtobusdan düşürülərək qaçırılıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaradan Mersinə gedən sərnişin avtobusunun qarşısını Aksarayda kəsən şəxslər avtobusa daxil olaraq sərnişin Kadriyyə S-yə hücum ediblər.

 

Qadının qohumları olduğunu deyən basqınçılar onun saçlarından tutaraq düşürüb öz avtomobillərinə mindiriblər. Baş verənlər ictimai nəqliyyatda olan digər sərnişinlər tərəfindən video-lentə alınıb.

Hadisə ilə bağlı öz "Twitter" hesabında açıqlama verən Türkiyə Daxili İşlər naziri Süleyman Soylu gənc qadının azad olunduğunu və şübhəlilərin yaxalandığını bildirib.

Müəllif: Ayna.az