Şəkərli diabetlə bağlı maraqlı məqam

Maraqlı

23.04.2020 - 04:53

Həkimlər Klinikalar SEO Xidməti

“Tək genetik amil xəstəliyin inkişafının riskini yalnız 2 dəfə artırır”

 

Danimarkada şəkərli diabetin risk faktorları ilə bağlı yeni araşdırma aparılıb. AYNA saglamolun.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, 2-ci tip şəkərli diabetin ən ciddi risk faktorunun piylənmə olduğu ortaya çıxıb.

 

Belə ki, piylənmə diabetin riskini 6 dəfə artırır. Həmçinin, alimlər qeyd ediblər ki, genetik faktorlar bu xəstəliyin inkişafında onların əvvəllər fikirləşdiyindən daha az rol oynayır.

 

“Əgər genetik faktordan əlavə insanda pis vərdişlər, qeyri-sağlam qidalanma, fiziki aktivliyin olmaması, piylənmə kimi mənfi faktorlar da varsa, şəkərli diabetin riski 14 dəfə artır. Lakin digər mənfi amillər olmadığı halda tək genetik amil şəkərli diabetin inkişafının riskini yalnız 2 dəfə artırır”. – deyə araşdırmaçılar bildirirlər.

 

Qeyd edilir ki, araşdırmada 10 minə qədər insan iştirak edib.

Müəllif: Ayna.az