Bu il sentyabrın 15-dək su hövzələrində xilas edilənlərin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 73 nəfərdən 107 nəfərə yüksəlib.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən birifinqdə deyib.
Qeyd edilib ki, xüsusilə çimərlik mövsümündə suda boğulma təhlükəsi ilə üzləşən və xilas edilən şəxslərin sayı 70-dən 97-yə yüksələlib. Bu da təxminən 39 faiz artım deməkdir.