Bu il Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

İqtisadiyyat

15.09.2026 - 22:41

İxrac edilən təbii qazın dəyəri 4,8 faiz azalaraq 5 milyard 710,9 milyon dollar olub

Bu ilin yanvar-avqust aylarında ölkədən 16 milyard 377,6 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,46 faiz azdır. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd olunub ki, ixrac edilən təbii qazın dəyəri 4,8 faiz azalaraq 5 milyard 710,9 milyon dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-avqust aylarında isə Azərbaycandan 5 milyard 996,9 milyon dollar dəyərində yəni, 16 milyard 452,7 milyon kubmetr təbii qaz ixrac edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş