Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub

Xəbərlər

24.06.2026 - 14:50

Hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək

Azərbaycan Hava Yollarının 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

AZAL-dan AYNA.AZ-a verilən məlumata görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

"AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir", - məlumatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş