Braziliyada koronavirusun mutasiya etmiş yeni növü aşkar edilib

Dünya

07.05.2021 - 08:27

Həkimlər Klinikalar SEO Xidməti

Virusun yeni növünə əsasən ölkənin şimalında, eyni zamanda mərkəzində və şimal sahilində rast gəlinib

 

Braziliyanın Rio-de-Janeyro ştatında mütəxəssislər koronavirusun mutasiya etmiş yeni növünü aşkar ediblər.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.

 

Dövlət Səhiyyə Departament rəhbərinin müavini Klaudia Mellun bildirib ki, virusun yeni növünə əsasən ölkənin şimalında, eyni zamanda mərkəzində və şimal sahilində rast gəlinib.

 

Onun sözlərinə görə, “P.1.2” olaraq təyin edilən bu növün hələlik daha yoluxucu və ya ölümcül olduğunu söyləmək mümkün deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş